Alvan's digital garden

Birinci Dünya Problemləri

Salam :^)

Blogumda indiyə qədər səhv etmirəmsə yalnız bir ədə azərbaycanca post var, bu fakt nəsə xoşuma gəlmədi. Düzü, normalda bu mövzuları problem etmirəm. Amma bəzən də elə olur ki, vətənpərvər hislərim baş qaldırır. Ən son şengen vizasına müraciət etmək üçün heçbir səfirlikdən yer rezerv edə bilməyəndə olmuşdu. Təxminən belə mənzərə hiss eləmişdim.

Ala belə şey olar?! Ona-buna yalvarıram ki nolar, allah haqqı yaxşı adamam. Bir dənə vaxt ayır bax gör mənə icazə verirsən gəlməyə ya yox.

Nəysə əşi.

Dekabr ayının yeddisindən məzuniyyətə çıxmışam, evdə öz-özümə oturub boş işlər ilə məşğul olmağa, fikirləşməyə, deyinməyə vaxt çox qalıb. Onsuz da mövcud olmayan yuxu rejimim də bu mövzuda heç kömək olmur. Səhər 4-ə, 5-ə qədər ya video-oyun oynayıram, ya da internetdə gəzirəm.

Oyun heç. BeamNG, Astroneer və son 2 gündür Euro truck simulator oynayıram. Belə maşın oyunu çox sevən deyildim, xbox controller alandan sonra çox xoşum gəlir. Hissiyatı əladır, 10/10 tövsiyyə edirəm.

İnternetdə gəzməyə gələndə isə, hə, əsas söhbət buradadır.

Bütün yazını oxumağa həvəsin yoxdursa, tech industry-sinə olan münasibətim, qısaca: (video)

İnternetdə gəzmək deyəndə, xəbərlər/məqalələr oxumaq, videolara baxmağı nəzərdə tuturam. Adam “pink problemlər1” ilə də burda tanış olur. Dəhşət..

Keçən ayların birində, SONY, rəsmi saytlarında xəbər paylaşdı ki, bəs

…due to our content licensing arrangements with content providers, you will no longer be able to watch any of your previously purchased Discovery content and the content will be removed from your video library…

(mənbə)

Belə xəbərə bişmiş toyuğun gülməyi gəlir. Özü də oxucu intuitiv düşünür ki, yəqin üç-beş məhsul silinər, amma yox. Siyahə dəhşət uzundur… Adamlar pulunu verib hansısa TV şou, film vəsair alıblar, indi SONY nəsə lisenziya problemi yaşayır deyə, daha baxa bilməyəcəklər pul verdikləri şeylərə.

“Reason” adlı şirkət/proqram varimiş. Musiqiçilər üçün. Nəsə sənaye standardı kimi bir proqram imiş. Şirkət 1994-cü ildən var, və çoxlu produktlar çıxarıblar bu illər ərzində. Di gəl ki, kapitalizmin iynəsi onlara da bu yaxınlarda dəyib.

…offline authorization for Reason 11 and earlier has been deprecated…

(mənbə)

İlk baxışdan günahsız bir dəyişikliyə oxşayır, amma problem odur ki. Bu dəyişiklik ilə birlikdə, “ömürlük” alınan lisenziyalara dəstək də dayanır.. Yəni bir daha, kim ki illər əvvəl ömürlük (perpetual) lisenziya üçün pul vermişdi, almışdı, təzə versiyalara yeniləyə bilməyəcək. Bu o deməkdir ki, məhsulu alarkən alıcı və şirkət arasında bağlanılan müqavilə şirkət tərəfindən pozulub.

Belə hadisələr son günlər yaman çox olur. Bir-iki ədəd də nümunə çəkim, ürəyim sakitləşsin..

VMware.. Bu yaxınlarda Broadcom tərəfindən satın alınıbmış(61 milyarda :D), və çox keçmədən reformlar baş verib :3.

Broadcom ends VMware perpetual license sales, testing customers and partners. …Moving forward, VMware will only offer term licenses or subscriptions…

(mənbə)

Adamın dəli olur e, belə şeyləri eşidə eşidə.

Əvvəllər “satın almaq” sözü zəhrimarın pulunu verib evə gətirmək idisə, indi “məhsulu istifadə etmək üçün lisenziya əldə etmək” mənası verir.

Bu nədi ə, belə pul qazanarlar.. adamın anasına söyərlər ə! (video hislərimi tam ifadə edir)

İndi sizdə haqlı olaraq belə təsəvvür yarana bilər ki, yəqin tech dünyası belədir. Nç. Qətiyyən.

drum rolls…

…These trains were locking up for arbitrary reasons after being serviced at third-party workshops…

(mənbə)

Engineerlər müəyyən ediblər ki, “NEWAG Impuls” adlı şirkətin istehsal elədiyi qatarların sistemində kod parçası var, hansı ki sözün əsl mənasında, kordinatlara görə tapır ki qatar başqası tərəfindən təmir olunub, və qatarı uzaqdan söndürür. Çox dəhşətlidir e :D. Hislərimi ifadə edə bilmirəm tək yazı ilə, emojilər də işlətmək qəribədir.

Belə də iş olar?!

Bilirsiz, bu siyahı həqiqətən çox uzundur. Sosial medianın davamlı “enshittification”-undan tutmuş, belə istifadəçi azadlıqların tapdalanması praktikalarına qədər.. Yerimdə dura bilmirəm əsəbdən vallah.

Siz də mənim ki əqli sağlamlığınızı itirmək istəyirsinizsə, buyurun, Louis Rossmann qardaşı izləyin. Çox az-az onun kimi adam olar. A man of dedication.


Düzü, bu mövzuya münasibətim ikilidir. Çox vaxt günahı hökümətlərdə görürəm. Çünki kapitalist rejimdə gəliri artırmaq üçün hərşey, demək olar ki, qanunidir. Ona görə də - techi qoydum bir qırağa - “Tulçinka” yağı Rusiyada qadağan olunub, amma Azərbaycanda kütləvi satılır (mənbə).

Elə yəqin ki əsas günahkar tərəf də bunlardır.

Qalan beş faiz hallarda isə, əsəbimi tökürəm insanların - istifadəçilərin üstünə. Alternativ, daha etik biznesin produktunu işlətsələr, istifadəçiyə hörmət etməyən şirkətləri boykot etsələr, nələrsə hökman düzələr. Halbuki, hamı çox rahat - çox üzr istəyirəm ifadəmə görə - soxur içinə, şirkətlər də onları istismar etməyə davam edir.

Elə mənim özüm də.

Bizim bəzi kölə düşüncəli insanlar demişkən, “pisini deyəndə yaxşısını da demək lazımdır axı!”. Mən özüm əlimdən gələni edirəm ki belə produktları işlətməyim.

Hə, baha başa gəlir. Həm maddi cəhətdən, həm də rahatlıq cəhətdən. Amma hər belə düşünəndə yadıma düşür ki, Richard Stallman mobil telefon işlətmir. Brauzerində non-free javascripti bloklayır. Qeydiyyat tələb edən saytlarda da qeydiyyatdan keçmir 2. Long live Richard baba.

Richard barədə də ayrı esse yazmaq istəyirəm neçə vaxtdır. Çox bəyənirəm bu kişini. Bir müddət idi onu linç edirdilər, amma ədalət əvvəl axır yerini tapdı. Bu şeyləri başladan nəfər də bir növ üzr istəyib. Hərşeyi faktlar ilə sübut da ediblər.


Daha bir yaralı yerimdən yazmaq istəyirəm. Təhsil insitutları!

Yox, təhsilin məğzinin unudulduğunu deməyəcəm. Hamının fərqinə olduğu və müzakirə etdiyi problemdir, mən yeni heçnə qata bilmərəm.

Mənim işim öyrətdikləri proqramlar ilədir.

Bakalavr vaxtı hər il azı 2-3 ədəd 95+ qiymət ilə A aldığım fənlər olurdu. Nə yalan deyim, fənləri oxumurdum, amma sırf İT və proqramlaşdırma yönümlü - ixtisas fənlərindən həmişə yuxarı ballar alırdım. Bir dəfə balım biraz aşağı gəldi, amma buna görə özümü yaxşı hiss edirdim.

O qiymət də Excel öyrədilən fəndən idi. Bütün ili LibreOffice Calc ilə yola vermişdim, amma ən sonlarda Excel-ə özəl plugin tələb elədi müəllim, mən də imtina elədim yükləməkdən.

Sonra gedib özünə iradlarımı da bildirdim. Bütün bu fəlsəfi söhbətləri də elədim, amma təhsilin məzmununun Azərbaycanda çoxdan unudulduğuna görə, heçnə dəyişmədi.

Bu arada, çatışmayan 5-10 balın arxası ilə düşməmişdim. İlk dəfə idi ki bu problemi birbaşa hiss etmişdim, nələrisə sürətli dəyişə biləcəyimə, bir növ, inanırdım..

Nəysə. Məni qoyaq qırağa, işin əslinə baxaq.

Microsoft, Google, Amazon, və digər nəhəng şirkətlər hər il milyardlarla vəsait yatırım edirlər məktəb və universitetlərə!

Bu qəbildən jestlər ilk baxışdan çox əla görünsə də, şirkətlərin sosial məsuliyyətləri kimi qələmə verilsə də, əsas məqsədləri çox, lap çox, dəhşət çox qəddardır.

Məktəbə ilk gələn şagirdlər kitablarla tanış olduqları gündən Microsoftun “Office 365”-i ilə də tanış olurlar. Təsadüf deyil ki, mətn emal edən proqramlara “word” olaraq istinad edirlər. Hər yerdə.

Bu tanışlıq universitet illərinə qədər davam edir, və universitetlərdə isə həmin proqramlar daha dərindən tədris olunur. Beləliklə, Microsoft ömrü boyu yalnız öz proqramlarını bilən işçi qüvvəsi yetişdirir, və şirkətləri özündən asılı hala salır. Çünki hamının Excel bildiyi və işlətdiyi bir sənayeyə qarşı gedib, LibreOffice biliyi tələb etmək, təbii ki, absurddur (biznes nöqteyi-nəzərdən).

Beləliklə, təhsil ocaqlarının ƏN TƏMƏL ÖHDƏLİKLƏRİ - “cəmiyyətə azad fərd yetişdirmək” öhdəlikləri unudulur! (Məmnuniyyətlə bütün cümləni böyük hərflərlə yazardım. Əsəbimdən gülürəm hal-hazırda.)

Yekunda, bütün təhsil institutu hansısa mənfəət yönümlü şirkətdən asılı, müti, açıq fikirli olmayan, yeniliklərə və fərqlərə qapalı, komfort-zonasından çıxa bilməyən, bə buna heç bir təşəbbüsü belə olmayan fərdlər yetişdirir. Əla!

Bütün bunlar necə baş verib, hökümətlər bunlara necə icazə verib, mat-məəttəl qalıram.

Heç bilirdinmi ki, telefonunun sahibi sən deyilsən? :D / Bilirəm anidən və yersiz oldu, amma belədir. Telefonların administrator userinə istifadəçinin əli çatmır normalda. Ona görə də “jailbreak”, “telefonu rootlamaq” kimi söhbətlər var. Bu modifikasiyalar sadəcə telefonun administrator istifadəçisinə girişin olmasını təmin edir. Təsəvvür edin, kompyuter almısız, amma qıraqdan proqram yükləyə bilmirsiz.

Düzü, buna da çox qalmayıb. Windows qıraqdan, imzalanmamış proqram yükləyəndə milyon dəfə bildiriş çıxarır.


Bunları da qoyaq bir qırağa. Nə qədər ki xoda düşmüşəm, deyinirəm, biraz “data”-dan da yazım.

Data, nə data. Sorağı el-aləmi bürüyüb.

Bir gün padşah vəzirini yanına çağırıb deyir:

Vəzir yüz fikirləşir, min götür qoy edir, nəhayət qayıdır:

Padşah bunları eşidir, vəzirinə təəccüblə:

İkinci vəzir birinci vəzirin sözünü kəsir:

Bütün bunlar padşaha çox maraqlı gəlir, amma bir şey üzərində çox düşünür:

Lol, nəysə. Əyləndim yazanda. Babamın uşaq vaxt danışdığı nağıllara oxşadı. O da arada-bir bizim dövrdən elementlər salırdı nağıla, maraqlı olurdu..

Hmm. Nəsə data barədə çox danışmaq istəmirəm bu dəfə. Onsuz bu barədə başqa yazım da var.


Belə belə işlər. Əməlli deyindim. İndi biraz yaxşı hiss edirəm. Son günlər hiss edirdim ki bu mövzuda yazmaqdan, bizim dost qrupunda uşaqları da bezdirmişəm.

Tam belə deyingən yekunlaşmamaq üçün, bir iki xırda həll yolu da yazım.

Biznes etikası.. Free software.. 4 təməl azadlıq.. GNU.. Linux.. Açıq Standardlar.. Təhsil.. Maarifləndirmə.. Demokratiya.. (istinad)


Hə.. Əziz oxuyucu. Bu yazını sona qədər oxudunsa, inanıram ki sən də hələ ki tam hipnoz edilə bilməyən azlıqdansan. Problem mən yazdığımdan, düşündüyümüzdən çox daha böyükdür.

Hə, qarşı tərəf çox güclüdür, amma bir faktı unutmaq olmaz. Hər şeyin mərkəzində fərdlər durur. Nə qədər böyük şirkət, hökümət olurlarsa olsunlar, fərdlərin kollektiv iradəsi qarşısında - sözün əsl mənasında - heçnədirlər.

Bizi təmin etdikləri imkanlar, innovasiyalar, və xüsusilə - dopamin, etdikləri heç bir əmələ haqq qazandıra bilməz. Bununla yanaşı, həyatımıza olan təsirlərini heç saymamalıyıq. Qarşı tərəfi başa düşmək mübarizənin ilk və ən önəmli addımlarından biridir.

Başa düşürəm, günümüzdə bu çox çətindir. Google, Microsoft, Amazon, Meta, və digər adlarını bilmədiyimiz, lakin milyardlarla dövriyyəli şirkətlərdən yayınmaq qeyri-mümkün görünür.

Şəxsi praktikamdan bilirəm ki, düşündüyümüzdən çox daha asandır.

Əvvəlcə azad individual olaraq öz mövqemizi qoymalı, daha sonra kollektiv iradə ilə hərəkət etməliyik.

Oxumağa davam et ♥

FSF-in düzəltdiyi belə videoları bəyənirəm. Arada silkələnib ayılmaq üçün baxmaq əla olur.


  1. Yazının sonlarına doğru biləcəyik ki, o qədər də pink deyil. ↩︎

  2. Bilirəm, bu biraz ekstrimdir. Amma düşünürəm ki, ekstrim olmalıdır ki, ortalama yaşanılacaq vəziyyətdə qalsın. Çünki əks tərəf zatən güclüdür. Bütün iqtisadiyyat ağırlığında. ↩︎

#rant