Free software-ə giriş
Giriş
Salam, bu gün free softvare haqqında danışacam.
İlk öncə, free software nədir? Free software kiber dünyanın azad olunması üçün baş vermiş ilk çevrilişdir deyə bilərik.
Əminəm ki burada hər kəs gündə azı 5-6 saat komputerdən istifadə edir. Bəs komputerlərimizi idarə edən kimdir? Burada 2 yol var. Ya biz proqramları istifadə edirik, ya da proqramlar (arxasındakı şirkətlər) bizdən istifadə edir. Təbii ki hər birimiz birinci halı - userlərin proqramlardan istifadə etməyini istəyərdik. Bunu təmin etmək üçün, userlərin 4 əsas azadlıqları olmalıdır. Bu özlüyündə free softvarenin izahıdır. Qısaca, free software userin və icmaların azadlıqlarına hörmət edən proqramdır.
Kiçik bir qeyd kimi deyim, “free software” deyərkən pulsuz yox, azad softvare nəzərdə tuturuq və bunun pullu satılmağında heç bir etik problem yoxdur.
İndi isə gələk Free software-in təmin etdiyi 4 azadlıq prinsipinə:
- Azadlıq 0: Proqramı (qanunlar çərçivəsində) istədiyin formada işlədə bilmək
- Azadlıq 1: Proqramın mənbə kodlarını öyrənmək və istədiyin formada dəyişə bilmək ki, proqram sənin istədiyini etsin.
Sadaladığım 2 prinsip, hər istifadəçiyə proqramı öyrənib, dəyişdirib, istifadə etmək hüququ verir. Bu individual idarə azadlığıdır.
Təbii ki hər kəs proqramçı deyil və bunları edə bilmir. Buna görə də individual idarə azadlığı bəs deyil, qrupların proqram üzərində idarə haqqı da təmin edilməlidir.
- Azadlıq 2: Proqramın surətini paylaşa bilmək.
- Azadlıq 3: Proqramın dəyişdirilmiş surətlərini paylaşmaq/sata bilmək
Bu 4 azadlıq təmin olunmadıqda, proqram asanlıqla istifadəçiləri, beləliklə icmaları istismar edə bilər. Necə ki, gündəlik həyatda yüzlərlə nümunəyə rast gələ bilirik. Proqramlar istifadəçiləri izləyir, məhdudlaşdırır, və hətta uzaqdan faylları dəyişdirə bilir. Necə ki, Amazon kindle-lərdən 1984 kitabını silmişdi. təbii ki bu siyahını çox uzatmaq olar.
Bəs nə edə bilərik?
Əvvəllər sadəcə komputerdən istifadə etməmək lazım idi. Amma artıq 30 ildir ki alternativlər var! Richard Stallman 1983cü ildə GNU proekti üzərində çalışacağını bildirmişdi. GNU istifadəçilərə dediyim 4 azadlığı təmin edən proqramlar toplusudur - əməliyyat sistemidir. Çoxunuz sadəcə Linux eşitmiş ola bilərsiniz, amma Linux bu OS-in kiçik bir hissəsi - kernelidir.
Nəyə görə etmirik?
Hal hazırda serverlərin 96%ə qədəri GNU/Linux OS işlədir. Amma azadlığı şirkətlərin serverlərindən daha çox, sadə istifadəçilər haqq edir!
Sizi bu qədər gözəl ideyanın hələ də mainstream olmamağının səbəbləri maraqlandıra bilər. Bunun birbaşa səbəbi böyük şirkətlərin yaratdığı maneələrdir. Məsələn, Microsoft təhsil institutlarına bütün office suit-ni pulsuz təklif edir. Bu da öz növbəsində kiçik yaşlardan şagirdlərin o ekosistemə öyrəşməsinə gətirib çıxarır. Stallman demiş, bu uşaqlara siqaret çəkmək öyrətməyə oxşayır, çünki asılılıq yaradır, hansı ki məktəblərin eləməli olduğunun tam əksidir. Məktəblər cəmiyyətə azad fikirli tələbələr yaratmalıdır. Başqa maneə kimi, closed-source hardware ləri göstərə bilərik. Necə ki, Nvidia videokartların APİlərini paylaşmır deyə, vindovsa özəl driveri daha sürətli edir, hansı ki əslində azad rəqabət prinsiplərinə ziddir. Və sırf bu fakta görə dəfələrlə cərimə olunub. Görünür, sadəcə, qazanc o cərimələrdən daha çoxdur :).
Nothing to hide
FS və privacy tərəfdarlarına, anti-surveillance advocate-lərinə qarşı səslənən ən banal ifadələrdən biri də, “Gizlətməli heç nəyim yoxdur” sözüdür. Hansı ki, Edward Snowdenin bir sözü ilə tam əksini sübut etmək mümkündür.
“Gizlədəcək bir şeyiniz olmadığı üçün məxfilik hüququnuza əhəmiyyət vermədiyinizi iddia etmək, deyəcək bir şeyiniz olmadığı üçün azad sözə əhəmiyyət vermədiyinizi söyləməkdən fərqli deyil.”
Yekun
Günümüzdə komputerlər həyatımızın bir hissəsinə çevrilib. Buna görə də, kiber azadlıq, softvare haqqları insan haqqları ilə bərabər səviyyədə münasibət görməlidir.
- Azad nitq
- Toplaşma azadlığı
- Mətbuat azadlığı
- Azad proqram (Free software) hüququ
- Məxfilik hüququ və sair.
Nə etməli?
Free software yazaq, Free software kompaniyaları başladaq, təhsil institutlarını məcbur edək, başqalarına problemlərində kömək edək. Ən əsası, “azad proqram” deyək.
İnkişaf və gözəl cəmiyyət üçün!